Menyu

Azərbaycan nümayəndə heyəti NATO PA-nın illik sessiyası çərçivəsində görüşlər keçirib

Azərbaycan nümayəndə heyəti NATO PA-nın illik sessiyası çərçivəsində görüşlər keçirib

Azərbaycan Milli Məclisinin NATO Parlament Assambleyasındakı (PA) nümayəndə heyəti və Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyinin üzvləri NATO PA-nın 06-09 oktyabr 2023 tarixlərində Danimarkanın paytaxtı Kopenhagen şəhərində keçirilən 69-cu illik sessiyasında iştirak edib.

"Operativ Media" xəbər verir ki, sessiya çərçivəsində Azərbaycan nümayəndə heyəti, həmçinin Türkiyə, Norveç, Serbiya, Danimarka, Portuqaliya, İspaniya və digər ölkələrin NATO PA-dakı nümayəndə heyətləri ilə görüşlər keçirib.

Görüşlər zamanı parlamentlərarası əlaqələr, regionda son inkişaflar və Avropanın enerji təhlükəsizliyinə dair müzakirələr keçirilib, həmçinin digər maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər