HƏMAS silahlıları ilə toqquşmalarda 123 İsrail hərbçisi həlak olub

Nərmin Qocamanlı
HƏMAS silahlıları ilə toqquşmalarda 123  İsrail hərbçisi həlak olub

Fələstin-İsrail münaqişəsinin gərginləşməsi başlayandan bəri həlak olan İsrail hərbçilərinin sayı 123 nəfərə çatıb.

"Operativ Media" xəbər verir ki, bu barədə “Times of Israel” qəzeti İsrail Müdafiə Qüvvələrinin siyahısına istinadən yazır.

Bundan əvvəl münaqişənin gərginləşməsi zamanı 85 İsrail əsgərinin həlak olduğu bildirilirdi.

Bu gün səhər saatlarında İsrail ordusu siyahıya daha 38 hərbçinin adını əlavə edib.

Qeyd edək ki, oktyabrın 7-də səhər saatlarında İsrail Qəzza zolağından görünməmiş raket hücumuna məruz qalıb. Bundan əlavə, HƏMAS döyüşçüləri kütləvi raket hücumlarından sonra İsrailin cənubundakı sərhəd bölgələrinə nüfuz ediblər.

 

Nərmin Qocamanova

Digər xəbərlər