Son günlər əhali arasında yayılan xəstəlik koronavirusdurmu? - RƏSMİ

Nərmin Qocamanlı
Son günlər əhali arasında yayılan xəstəlik koronavirusdurmu? - RƏSMİ

"Hazırda ölkədə mövsümi qripin olmasının rəsmi təsdiqi yoxdur".

Bunu "Operativ Media" ya açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

Təyyar Eyvazovun sözlərinə görə, yayılan xəstəliyin koronavirus olmasını müəyyənləşdirmək üçün labarator tədqiqatların aparılmasına ehtiyac var.

"Son günlərdə əhali arasında yayılan və hərarətin yüksəlməsi, zəiflik, böğaz ağrısı, öskürək, burun tutulması və ya axması və s. simptomlarla özünü biruzə verən xəstəliklər kəskin respirator virus infeksiyaları tərəfindən törədilir.  Bu cür simptomlar koronavirus zamanı da rast gəldiyindən klinik əlamətlərə görə konkret şəxsin kəskin respirator virus və ya koronavirus infeksiyasına tutulduğunu fərqləndirmək mümkün deyil. Bunun üçün spesifik laborator tədqiqatların aparılması tələb olunur. Kəskin respirator virus infeksiyaları adətən yüngül keçir, ağır gediş və fəsadlaşma yalnız risk qruplarına aid edilən şəxslərdə rast gələ bilər və xəstələrə simptomlara əsaslanan müalicə aparılır"

Digər xəbərlər