Naxçıvanda Daxili Qoşunların döyüş atışlı taktiki-xüsusi təlimi keçirilib - FOTO
Naxçıvanda Daxili Qoşunların döyüş atışlı taktiki-xüsusi təlimi keçirilib - FOTO
Daxili Qoşunların Naxçıvanda yerləşən hərbi birləşməsində döyüş atışlı taktiki-xüsusi təlim keçirilib.
“Operativ Media” xəbər verir ki, Daxili Qoşunların Naxçıvanda yerləşən hərbi birləşməsində “Xüsusi şəraitlərdə xüsusi təyinatlı dəstənin hücumunu dəstəkləyən minaatan batareyasının fəaliyyəti” mövzusunda döyüş atışlı taktiki-xüsusi təlim keçirilib.
Təlimə cəlb olunmuş bölmələr “Həyəcan” siqnalı ilə qaldırılaraq cəmləşmə rayonuna çıxarılıb. Cəmləşmə rayonunda minatanların nişangah qurğuları yoxlanılıb, artilleriya kəşfiyyat cihazlarına qulluq göstərildikdən sonra şəxsi heyətlə hücum mövzusunda məşğələ keçirilib və xəritə üzərində əməliyyatların planlaması aparılıb.
Təlimin növbəti mərhələsində bölmələr cəmləşmə rayonunu tərk edərək atəş mövqeyi və çıxış həddinə doğru irəliləyiblər. Ərazinin vizual kəşfi aparıldıqdan sonra minaatan batareyasının şəxsi heyəti atəş mövqelərini tutaraq minaatan qurğularını tam döyüşə hazırolma vəziyyətinə gətirib.
Təlimin ssenarisinə uyğun taktiki fəaliyyətlərin praktiki icra mərhələsində minaatan batareyası tərəfindən şərti düşmənin müdafiəsinin ön xəttində yerləşən döyüş mövqelərinə atəş zərbələri endirildikdən sonra xüsusi təyinatlı dəstə basqın fəaliyyətini icra edib. Düşmənin artilleriya zərbələrinə məruz qalan minaatan batareyası yerdəyişmə edərək yeni atəş mövqelərini tutub. Ön xətt mövqeləri ələ keçirildikdən sonra növbəti hədəflər kəşf edilərək minaatan batareyasına məlumat verilib. Batareyanın atəş dəstəyi ilə xüsusi təyinatlı dəstə düşmənin müdafiəsinin dərinliyinə doğru irəliləyərək bölüyün dayaq məntəqəsini ələ keçirib.
Komandirlərin bölmələri idarəetmə bacarıqlarının və şəxsi heyətin fiziki dözümlülüyünün artırılması məqsədilə keçirilən təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olunub.
Son xəbərlər
Fidan: Qəzzada atəşkəsin davamlı olması şərtdir
Azərbaycan Prezidenti Əhməd əl-Şaraanı təbrik edib
Bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır
Çin səfirliyinə basqın etməyə cəhd edən şəxs saxlanılıb
"Neftçi" - "Qarabağ" matçına satılan bilet sayı açıqlandı
Moskvada yaşayan 50 miqrant zəhərlənib
MSK bələdiyyə seçkilərinin yekunlarına dair protokolu təsdiqləyib - YENİLƏNİB-2
Şahin Mustafayev və Mher Qriqoryan sərhəddə görüş keçirib