İnvestisiya müsabiqələri vasitəsilə özəlləşdirilmiş müəssisələrə 2023-cü ilin 9 ayı ərzində ümumilikdə 10,4 milyon manat investisiya yatırılıb.
"Operativ Media" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X"də bildirib.
O, qeyd edib ki, həmin dövr ərzində müqavilə öhdəliklərinin icrası başa çatmış müəssisələrdə 221 iş yeri yaradılıb.






