http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Çoxmərtəbəli evlərdə yaşayanlar zəlzələ zamanı nə etməlidirlər? - AÇIQLAMA

07 Dekabr 2023 , 14:44
Çoxmərtəbəli evlərdə yaşayanlar zəlzələ zamanı nə etməlidirlər? - AÇIQLAMA

Zəlzələ yer qabığının dərin qatlarının qırılaraq yerdəyişməsi və ya vulkanların püskürməsi nəticəsində baş verən yeraltı hərəkətlərdir ki, vurduğu ziyan böyüklüyündən asılı olaraq xeyli can və mal itkisinə səbəb olur, ölkənin sosial həyatını və iqtisadi vəziyyətini iflic edir.

Zəlzələnin baş verəcəyini əvvəlcədən proqnozlaşdıran cihazlar və ya üsullar hələ tapılmayıb. Bu səbəbdən seysmik zonalarda yerləşən ölkələr zəlzələnin mənfi təsirlərinə hazır olmalıdırlar.

İnsanlar zəlzələlər zamanı həyət evlərinin daha təhlükəsiz olduğu qənaətindədirlər. Bəs hündür mərtəbəli binalarda yaşayan sakinlər nə etməlidirlər? Eyni zamanda Azərbaycanda tikilən binaların ümumi mənzərəsini nəzərə alsaq, onlar neçə bal gücünə qədər dözümlü hesab edilə bilər?

Bu barədə Təhlükəsizlik eksperti Elmar Nurəliyev “Operativ Media”ya açıqlama verib.

EKSPERT Elmar Nurəliyev : “Təhlükəsizlik qaydalarının hər biri dərsliklərə  salınmalıdır”

O bildirib ki, təbii və fövqəladə hadisələrdən 100 faiz sığortalanmaq olmur, ancaq önləyici tədbirlər görərək minimal zərərlə qurtulmaq olur:

“Hər bir şəxs təbii fəlakətlər zamanı ardıcıl koordinasiyalı davranış sərgiləməyə dair ilkin biliklərə sahib olmalı və praktikada tətbiq etməyi bacarmalıdır. İlk növbədə panikaya düşmək, həyəcana və təlaşa qapılmaq lazım deyil. Əgər zəlzələ vaxtı evdəsinizsə, öncədən müəyyən edilmiş yerlərdə, məsələn, qapı arakəsmələrində, şkafın yaxud yataq dəstinin yanında təhlükəsiz bir yer seçib, orada daldalanıb titrəyişlərin bitməsini gözləmək lazımdır. Çoxmənzilli yaşayış binasında olan evi tərk edərkən liftdən istifadə etməmək lazımdır. Çünki belə vaxtı elektrik kəsilə və həmin şəxs liftdə qala bilər. Odur ki, pilləkənlərlə binanı tərk edib həyətdə təhlükəsiz yerdə  toplanmaq lazımdır. Evdən çıxarkən işıq, su, qaz təsərrüfatını bağlamaq mütləqdir. Bəzən insanlar binanın yaxınlığında hansısa bir yüngül konstruksiyanın altında toplaşır və yaxud binadan bir metr aralı dayanan maşının içində oturub sarsıntının bitməsini gözləyir ki, bu qətiyyən doğru deyil. Mümkün qədər binadan uzaq məsafədə dayanmaq lazımdır ki, binanın aşma ehtimalında xəsarət alan olmasın. Həmçinin əlçatan yerdə təhlükəli vəziyyətlər üçün içində lazımi sənədlər, qida vasitələri xüsusilə fənər və fit olan çanta saxlanılmalıdır. Əgər zəlzələ vaxtı çöldəsinizsə, nəqliyyat vasitəsilə və yaxud piyada hərəkət edərkən mütləq yüngül konstruksiyalı tikililərdən uzaq durmalı, dağılma, uçma, yıxılma təhlükəsi olan avadanlıq və qurğulardan uzaq, təhlükə riski olmayan açıq bir sahədə dayanıb gözləmək lazımdır”.

Ekspert qeyd edib ki, istər fərdi həyət evləri, istərsə də çoxmərtəbəli bina evlərinin tikintisi zamanı  layihədə göstərilmiş əsaslardan kənara çıxılmayıbsa, tikinti norma və standartlarına riayət edilibsə, keyfiyyətli tikinti materiallarından istifadə olunubsa və bu prosesə güclü nəzarət həyata keçirilibsə, burada heç bir təhlükədən söhbət gedə bilməz:

“Ona görə yaxşı olar ki, insanlar özlərinə fərdi yaşayış evi tikəndə və yaxud çoxmərtəbəli yaşayış binalarından mənzil əldə edəndə bu amillərə nəzər yetirsinlər. Özlərinin də sonradan evlə bağlı layihədən kənar dəyişiklik edərək, beton arakəsmələrin yerini dəyişərək kənar müdaxilə etmələri, əlbəttə ki, yolverilməzdir. Bu cür hallar evin möhkəmliyini və dayanıqlığını azaldan amillərdir. İnsanlar təhlükə risklərinə qarşı həm mənəvi, həm də fiziki olaraq hazır olmalıdırlar. Çox yaxşı olardı ki, çoxmənzilli binalarda bu cür hallarla bağlı təlimlər keçirilsin və sakinlər orada iştirak etsin. Bakı şəhərində seysmik aktivlik, sürüşmə zonaları, vulkanik ərazilər var ki, bunların hər birinin kifayət qədər təhlükə riski mövcuddur. Bu səbəbdən təhlükəli vəziyyətlərdə  necə davranılması barədə hamı məlumatlı olmalıdır”.

OXŞAR XƏBƏRLƏR
Bu rayonun 5 kəndində qaz təchizatının dayandırılması planlaşdırılır

Bu rayonun 5 kəndində qaz təchizatının dayandırılması planlaşdırılır

ƏƏSMN: İkinci Dünya müharibəsi ilə bağlı Sərəncam 3 minə yaxşı şəxsi əhatə edəcək

ƏƏSMN: İkinci Dünya müharibəsi ilə bağlı Sərəncam 3 minə yaxşı şəxsi əhatə edəcək

Mayın 5-də keçiriləcək imtahanlarda 12 minə yaxın şəxs iştirak edəcək

Mayın 5-də keçiriləcək imtahanlarda 12 minə yaxın şəxs iştirak edəcək

XƏBƏR LENTİ
  • 06:29

    AL: "Bayer" səfərdən qələbə ilə qayıdır
  • 05:47

    Bu gün Bakıda MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərlərinin növbəti iclası keçiriləcək
  • Dünən
    23:45

    Avropa Komissiyasının genişlənmə üzrə Baş direktorunun Azərbaycana səfəri başlayıb
    Avropa Komissiyasının genişlənmə üzrə Baş direktorunun Azərbaycana səfəri başlayıb
  • Dünən
    23:06

    Livandan İsrailə dörd mərmi atılıb
  • Dünən
    22:51

    Kobaxidze ABŞ-yə səfərdən imtina edib
  • Dünən
    22:36

    Tbilisidə polis yolu bağlayan etirazçıları saxlamağa başlayıb - YENİLƏNİB
    Tbilisidə polis yolu bağlayan etirazçıları saxlamağa başlayıb - YENİLƏNİB
  • Dünən
    22:22

    COP29-un baş danışıqçısı Səudiyyə Ərəbistanı Krallığının nümayəndə heyəti ilə görüşüb
  • Dünən
    21:55

    Bu rayonun 5 kəndində qaz təchizatının dayandırılması planlaşdırılır
Menyu