Mərkəzi Seçki Komissiyasının (MSK) növbədənkənar Prezident seçkiləri ilə əlaqədar iclası keçirilib.
“Operativ Media” xəbər verir ki, toplantıda qəbul olunan qərarla seçki 2024-cü il fevralın 7-nə təyin edilib.
Eyni zamanda, MSK növbədənkənar Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planını təsdiqlənib.
Növbədənkənar Prezident seçkiləri ilə əlaqədar vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən və hərəkətsizlikdən və qərarlardan şikayətlərin araşdırılması məqsədilə MSK nəzdində ekspert qrupu yaradılıb.
Bundan əlavə, növbədənkənar prezident seçkilərində MSK nəzdində İşçi qrupunun yaradılması və rəhbərinin təyin edilməsi barədə qərar qəbul edilib.
İşçi qrupunun rəhbəri MSK üzvü Etibar Quliyev təyin olunub.
***
16:09
Prezident İlham Əliyevin dekabrın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edilməsi ilə bağlı imzaladığı Sərəncamla əlaqədar Mərkəzi Seçki Komissiyasının iclası keçirilir.
"Operativ Media" xəbər verir ki, iclasda Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov və Komissiya üzvləri iştirak edirlər.
***
12:13
Bu gün Mərkəzi Seçki Komissiyasının iclası keçiriləcək.
"Operativ Media" xəbər verir ki, MSK növbədənkənar prezident seçkilərinin təyin edilməsi ilə bağlı qərar verəcək.
Qeyd edək ki, fevralın 7-də Prezident İlham Əliyev “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, Mərkəzi Seçki Komissiyası növbədənkənar prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Məcəllədə müəyyən edilmiş qaydada keçirilməsini təmin etməlidir.