UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 3-cü turuna start verilib.
Operativ Media xəbər verir ki, "Barselona" Yunanıstanın "Olimpiakos" klubunu qəbul edib. 7 qolun vurulduğu matçda Kataloniya təmsilçisi 6-1 hesablı qələbəyə sevinib.
Digər matçda isə "Kayrat" "Pafos"u qonaq edib. Bu matçda qol səsi eşidilməyib.