http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Uçot dərəcəsi ardıcıl olaraq ikinci dəfə niyə endirildi?

20 Dekabr 2023 , 12:42
Uçot dərəcəsi ardıcıl olaraq ikinci dəfə niyə endirildi?

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,5 faiz bəndi azaldılaraq 8,5 %-dən 8 %-ə endirilməsi barədə qərar qəbul edib.

AMB-nin məlumatına görə, faiz dəhlizinin aşağı həddi 0,5 faiz bəndi azaldılaraq 7 %-dən 6,5 %-ə, yuxarı həddi isə 0,5 faiz bəndi azaldılaraq 9,5 %-dən 9 %-ə endirilib.

Bəs ölkədə ardıcıl olaraq ikinci dəfə uçot dərəcəsinin endirilməsi nə ilə bağlıdır? 

Eldəniz Əmirov: “Naxçıvanda iqtisadi həyatın tam yeni dönəmi başlayır”

Bu barədə iqtisadçı ekspert Eldəniz Əmirov “Operativ Media”ya bildirib ki, Azərbaycanda uçot dərəcəsi iqtisadiyyata digər inkişaf etmiş ölkələrdə olduğu kimi birbaşa təsir etməyə qadir deyil.

Ekspert bunu müxtəlif səbəblərlə əlaqələndirib:

“Birincisi, kommersiya banklarının kredit vəsaitləri ilə təmin olunmasında Mərkəzi Bankın iştirakçılığı çox aşağı səviyyədədir. Buna görə də uçot dərəcəsi kredit portfelinə, daha dəqiq desək, kreditlərin faizinə və yaxud depozitlərin faizinə proses olaraq o qədər də təsir göstərmir. Digər bir tərəfdən Azərbaycan manatının məzənnəsinin bazarı sərbəst formalaşma ilə deyil, Mərkəzi Bankın bilavasitə təyin etməsi ilə formalaşdığına görə uçot dərəcəsi real iqtisadi sektora çox təsir etməyə malik deyil”. 

E. Əmirov qeyd edib ki, bütün bunlarla yanaşı uçot dərəcəsinin bir sıra təsirləri var:

“Həmçinin bunun psixoloji təsirləri də var. Hazırda Azərbaycanda ümumdaxili məhsulun artım tempinin ürəkaçan olmaması məhz uçot dərəcəsinin aşağı salınmasını tətikləyən bir faktor olaraq qiymətləndirilə bilər. Eyni zamanda  inflyasiya göstəricilərinin təkrəqəmli ədədə düşməsinin də burada rolu var. 2023-cü ilin yanvar-noyabr ayları ərzində qeydə alınan qiymət səviyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 9,4 faiz yüksək olub. Bu da uçot dərəcəsinin aşağı salınmasına gətirib çıxardan iki amildən biri kimi göstərilə bilər”.

Qeyd edək ki, qərar 21 dekabr 2023-cü ildən qüvvəyə minir. Faiz dəhlizinin parametrləri ilə bağlı qәrarların 2024-cü il üzrə ictimaiyyətə açıqlanması qrafiki bu ilin sonunda yayımlanacaq.

OXŞAR XƏBƏRLƏR
SOCAR metan emissiyalarının azaldılması öhdəliyi üzrə OGMP 2.0 proqramına qoşulacaq

SOCAR metan emissiyalarının azaldılması öhdəliyi üzrə OGMP 2.0 proqramına qoşulacaq

Türkiyədə inflyasiyanın artması Azərbaycanda hansı sahələrə təsir edib?

Türkiyədə inflyasiyanın artması Azərbaycanda hansı sahələrə təsir edib?

 COP29 çərçivəsində Avropa İttifaqı ilə tərəfdaşlıq məsələləri müzakirə edilib

 COP29 çərçivəsində Avropa İttifaqı ilə tərəfdaşlıq məsələləri müzakirə edilib

XƏBƏR LENTİ
  • 08:58

    İsraildə Heydər Əliyevin doğum gününə həsr olunmuş tədbir təşkil olunub
  • Dünən
    23:22

    Bayden və İordaniya kralı arasında görüş olacaq
  • Dünən
    23:05

    AŞ rəhbəri: Gürcüstan Avrointeqrasiya şansını əldən verməməlidir
  • Dünən
    22:53

    Bayden jurnalistlərin təqiblərinə qarşı mübarizə məqsədilə sərəncam imzalayacaq
  • Dünən
    22:39

    Borrell: ABŞ-nin hərbi yardım uğursuzluğu Ukraynanın məğlubiyyətinə səbəb ola bilər
  • Dünən
    22:24

    Azərbaycan səfirliyi Texasda yaşayan vətəndaşlara müraciət edib
    Azərbaycan səfirliyi Texasda yaşayan vətəndaşlara müraciət edib
  • Dünən
    22:12

    Hüquq Jurnallarının Elektron axtarış bazasının yaradılması üzrə tədbir keçirilib
  • Dünən
    22:04

    AK rəsmisi ilə COP29 və minatəmizləmə müzakirə edilib
Menyu