Menyu

Hulusi Akar Azərbaycan və Türkiyənin keçirdiyi birgə təlimləri izləyəcək

Nərmin Qocamanlı
Hulusi Akar Azərbaycan və Türkiyənin keçirdiyi birgə təlimləri izləyəcək
1 dəq oxu

Türkiyənin milli müdafiə naziri Hulusi Akarın Azərbaycana səfərinin məqsədi açıqlanıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov məlumat verib.

"Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Türkiyə Silahlı Qüvvələrinin digər rəhbər heyəti ölkəmizdə keçirilən birgə təlimləri izləmək məqsədilə bugün Azərbaycana səfər edəcək."

Əlaqəli Xəbərlər