Mikayıl Cabbarov üçüncü "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb - YENİLƏNİB

Nərmin Qocamanlı
Mikayıl Cabbarov üçüncü "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb - YENİLƏNİB

İqtisadiyyat naziri Mikayıl Cabbarov üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Fərid İsayev və Əsəd Qurbanzadə ilə ilk görüşünü keçirib.

Bu barədə "Operativ Media" İqtisadiyyat Nazirliyinə istinadən məlumat verir.

İqtisadiyyat naziri qalibləri əldə etdikləri nailiyyət münasibətilə təbrik edib və müsabiqənin onların gələcək inkişafında önəmini vurğulayıb. Mentorluq proqramı çərçivəsində görüləcək işləri qeyd edən nazir qaliblərin fərdi inkişaf planlarının müəyyənləşdirilməsi, idarəçilik səriştələrinin artırılması üzrə perspektiv fəaliyyət istiqamətləri barədə fikirlərini bölüşüb, bilik və bacarıqlarının artırılması ilə bağlı tövsiyələrini verib.

F.İsayev və Ə.Qurbanzadə iqtisadiyyatın müasir idarəçilik metodlarına, innovativ texnologiyalara maraq göstərdiklərini bildirib, Mentorluq proqramının bu sahədə təcrübənin əldə edilməsində faydalı olacağını qeyd ediblər.

“Yüksəliş” müsabiqəsinin qalibləri Mentorluq proqramı çərçivəsində yaradılmış imkanlara görə təşəkkürlərini bildiriblər.

***

29.01.2024 / 18:32

 

İqtisadiyyat naziri Mikayıl Cabbarov üçüncü "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə M.Cabbarov "X"də bildirib.

"Üçüncü "Yüksəliş" müsabiqəsinin qalibləri Əsəd Qurbanzadə və Fərid İsayev ilə Mentorluq proqramı çərçivəsində keçirdiyimiz görüşdə onlara təbriklərimizi çatdırdıq, üstün peşə bacarıqlarına malik kadrlarla iş prinsipləri, fərdi inkişaf planlarının müəyyənləşdirilməsi, idarəçilik səriştələrinin artırılması üzrə təcrübələr və perspektiv fəaliyyət istiqamətləri barədə fikirlərimizi bölüşdük", - paylaşımda qeyd olunub.

Digər xəbərlər