Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın İsveçrə ilə ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 50,3 faiz artaraq 494 milyon dolları üstələyib.
Operativ Media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Azərbaycandan İsveçrəyə ixrac: 301,6 milyon dollar (+2,5 dəfə)
İsveçrədən Azərbaycana idxal: 192,4 milyon dollar (-7,9 faiz)
Cari ilin ilk 9 ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində İsveçrə ilə ticarətin payı 1,39 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 0,41 faiz bəndi çoxdur.






