Azərbaycan taekvondoçusu dünya çempionatında bürünc medal qazandı

Operativ Media
Azərbaycan taekvondoçusu dünya çempionatında bürünc medal qazandı

Çinin Uşi şəhərində keçirilən taekvondo üzrə dünya çempionatında Azərbaycan milli komandasının üzvü, Olimpiya Oyunlarının gümüş mükafatçısı, Avropa çempionu Qaşim Maqomedov çətin və gərgin mübarizə nümayiş etdirərək bürünc medala layiq görülüb.

Operativ Media xəbər verir ki, idmançımız medala gedən yolda Abdul Vahid (Hindistan, 2:1), Omonjon Otajonov (Özbəkistan, 2:0), Lev Korneyev (Serbiya, 2:1) və Yusuf Badəm (Türkiyə, 2:1) üzərində qələbə qazanaraq fəxri kürsünün üçüncü pilləsində yer alıb.

Digər xəbərlər