30 Yanvar 2024, 16:50
Məktəblilər kriminal aləmə niyə maraq göstərir?
Məktəblilər kriminal aləmə niyə maraq göstərir? şəkil
Məktəblilər kriminal aləmə niyə maraq göstərir?

"Sosial şəbəkələr uşaqların formalaşmasında ciddi rol oynayır. Bu cür platformalarda isə zərərli vərdişlərin və cinayətkar şəxslərin reklamı çoxdur".

Bunu "Operativ Media"ya açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib.

Sosioloqun sözlərinə görə, valideynlər övladlarının tərbiyyəsi üçün sosial şəbəkələrin zərərli kontentindən qorumalıdır:

“Çalışmaq lazımdır ki, uşaqların asudə vaxtlarında dərslərdən kənar layihələr işlənilsin. Əgər uşaq dağıdıcı enerjisini, yaradıcı enerjiyə çevirmək üçün ortam tapacaqsa, məkan tapacaqsa o, daha böyük uğur hekayəsi yaza biləcək. Sosial xidmətlər, təminat məsələləri hər bir ailə üçün əlçatan olmalıdır ki, yeniyetmələr, məktəblilər eyni imkan və şanslarla asudə vaxtlarını təşkil edə bilsin. Məktəbdən sonra kreativ yaradıcı fəaliyyətlə məşğul olsun".

Ekspertin sözlərinə görə, bəzi uşaqların davranış pozuntularının birbaşa səbəbi ailədir:

“İstər yeniyetmələr, istərsə də, uşaqlar və gənclər ailə mühitindən asılı olaraq özlərini yetərsiz hiss edirlərsə, müəyyən mənada bir güc, bir dəstək görmək istəyirlərsə, o zaman özlərindəki əksik tərəfi nəyləsə tamamlayacaqlarını düşünürlər. Bunu kriminal aləm vaistəsi ilə edə biləcəklərini düşünürlər. Kriminal aləmlə bağlı müəyyən mahnılar yazılır və bu mahnılarda həmin gənclərin yeniyetmələrin düşüncələrini əks etdirir. Eləcə də, telefon və komputer oyunlarında təsvir edilən şiddət də uşaqların davranışlarına təsir edir. Ona görə də valideynlər bir çox məsələlərdə diqqətli olmalıdırlar".

Son xəbərlər
KİV: ABŞ 24-48 saat ərzində İranla hərbi əməliyyata girə bilər
İsrail ölkənin şimalında iki pilotsuz təyyarənin tutulduğunu bildirib
İsrail-İran münaqişəsi - SON XƏBƏRLƏR
Ağdamın Kəngərli kəndinə daha 40 ailə köçürülüb
"Bavariya" Fermin Lopezlə maraqlanır
İsrailin Qəzzaya endirdiyi hava zərbələri nəticəsində azı 16 nəfər ölüb
KİV: Çin İrana nəqliyyat təyyarələri göndərir
G7 liderləri Yaxın Şərq münaqişəsinin siyasi həllini müzakirə ediblər