http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Ankarada Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir

08 Dekabr 2022 , 10:10
Ankarada Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir

 

Türkiyənin Ankara şəhərində 14-cü Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir.

Müdafiə Nazirliyindən "Operativ Media"ya verilən xəbərə görə, Yüksək Səviyyəli Hərbi Dialoq İclasında iştirak etmək məqsədilə Türkiyəyə səfər edən Azərbaycan nümayəndə heyəti Ankara şəhərində Heydər Əliyev Parkını ziyarət edib. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin parkdakı abidəsi önünə əklil qoyularaq hörmət və ehtiram nümayiş etdirilib. Sonra Azərbaycan nümayəndə heyəti Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət edib, məzarı önünə əklil qoyub, xatirəsini ehtiramla yad edib.

Nümayəndə heyətinin rəhbəri Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin rektoru general-leytenant Heydər Piriyev "Xatirə kitabı"na ürək sözlərini yazıb.

Azərbaycan nümayəndə heyətini ölkəmizin Türkiyədəki səfirliyinin və hərbi attaşelik aparatının əməkdaşları müşayiət ediblər.

Daha sonra general-leytenant H.Piriyev Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Yaşar Güler və Baş Qərargahın ikinci rəisi ordu generalı Selçuk Bayraktaroğlu ilə görüşüb.

Görüşlər zamanı ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran mövzulara dair ətraflı fikir mübadiləsi aparılıb.

OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib

Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

XƏBƏR LENTİ
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • Dünən
    23:42

    Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır
  • Dünən
    23:22

    Bayden Ağ Evdə Zelenskini qəbul edəcək
  • Dünən
    23:06

    Venesuela məhkəməsi Argentina prezidentinin həbsinə order verib
  • Dünən
    23:04

    Azərbaycanın futzal millisi Çexiyaya məğlub oldu
  • Dünən
    22:45

    Astarada maşın dərəyə aşıb, ölən və xəsarət alan var
Menyu