Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatik Forumunda iştirak edir.
"Operativ Media" xəbər verir ki, bu bardədə nazirin "X" hesabında paylaşım edilib.
"Dünya miqyasında aparıcı forumlardan biri olan bu forum dövlət-hökumət başçılarını, nazirləri, diplomatları, biznes liderlərini və beyin mərkəzlərini bir araya gətirir və “Çatışmalar dövründə diplomatiyanın inkişafı” əsas mövzusu altında hərtərəfli müzakirəyə ev sahibliyi edir", - nazir qeyd edib.
Nərmin Qocamanlı






