Millinin və "Araz-Naxçıvan"ın müdafiəçisi əməliyyat olundu

Əziz Əzizli
Millinin və "Araz-Naxçıvan"ın müdafiəçisi əməliyyat olundu

“Araz-Naxçıvan”ın üzvü, Azərbaycan milli komandasının Ukrayna ilə oyuna hazırlığı zamanı zədələnən Rahil Məmmədov əməliyyat olunub.

Operativ Media  xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Müdafiəçiyə budun gətirici əzələlərindən birinin tam qopması diaqnozu qoyulub və cərrahiyyə əməliyyatı Finlandiyanın Pihlajalinna klinikasında yerinə yetirilib. Uğurlu əməliyyatdan sonra özünü yaxşı hiss edən futbolçunun məşqlərə başlayacağı tarixlə bağlı əlavə məlumat veriləcək.

Digər xəbərlər