Moldovada “Rusiya Evi”nin fəaliyyəti dayandırılacaq

Operativ Media
Moldovada “Rusiya Evi”nin fəaliyyəti dayandırılacaq

Moldova hökuməti paytaxt Kişinyovda yerləşən “Rusiya Evi” mədəniyyət mərkəzinin fəaliyyətini dayandıra bilər.

 Operativ Media xəbər verir ki, bu barədə “İzvestiya” nəşrinə parlament üzvü Boqdan Tsırdya məlumat verib.

Deputatın sözlərinə görə, hökumət Rusiya ilə imzalanmış və mədəniyyət mərkəzlərinin fəaliyyətini tənzimləyən hökumətlərarası sazişi ləğv etməyə hazırlaşır.

O bildirib ki, rəsmi prosedur yaxın həftələrdə başa çata bilər və bu, təxminən 2025-ci ilin noyabrında mərkəzin fəaliyyətinin dayandırılması ilə nəticələnəcək.

Rusiya tərəfi, xüsusilə “Rossotrudniçestvo” Federal Agentliyi bildirib ki, Moldova hakimiyyətindən hələlik bu barədə heç bir rəsmi bildiriş almayıb.

Qurumun nümayəndələri qeyd ediblər ki, “Rusiya Evi” hələ də məhdud formada olsa da, fəaliyyət göstərir. Mədəni tədbirlərin bir qismi hələ də mərkəzin binasında keçirilir.

Digər xəbərlər