“Sökülən tikililərin erməni irsinə heçbir aidiyyatı yoxdur” - Politoloq

Nərmin Qocamanlı
“Sökülən tikililərin erməni irsinə heçbir aidiyyatı yoxdur” - Politoloq

"Ermənistan tərəfinin yaydığı bəyanatlar sadəcə həyasızlıqdır. Sözügedən abidələrin erməni irsinə heçbir aidiyyatı yoxdur”.

Bunu “Operativ Media”ya açıqlamasında politoloq Fikrət Sadıxov deyib.

Politoloq bidlirib ki, bir neçə gündür Ermənistan mediası dünya ictimaiyyətini yenidən aldatmağa çalışır. Ermənistan tərəfi dırnaqarası “Arsaxı azad etmiş döyüşçülər” ittifaqının və dırnaqarası “Arsax parlamenti” binasında görülən işləri tarixi abidələrin dağıdılması kimi qələmə verirlər. Əslində isə 2007 və 2013 cü ildə açılışı olan bu binaların heçbir tarixi abidə statusu yoxdur:

“Arsaxı azad etmiş döyüşçülər” ittifaqının işğal olunmuş Xankəndi şəhərinin mərkəzi meydanındakı binasının açılışı 9 may 2013-cü il tarixində baş tutub. Mərasimdə əli azərbaycanlı qanına batmış cinayətkarlar Serj Sarqsyan və qondarma rejimin rəhbəri Bako Sahakyan da iştirak ediblər. 1 milyon 500 min dollara tikilən dırnaqarası “Arsax parlamenti” binası isə 2007 ci ildə istifadəyə verilib. Heç bir sivilizasiya dövrünün tarixi elementlərini özündə əks etdirməyən bu binalar Xankəndi şəhərinin baş planının memarlıq elementlərinə yad ünsür kimi sonradan əlavə edilib. Xankəndi şəhərinin baş planı hələ SSRİ zamanında Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsdiqlənib, şəhərdə Azərbaycan SSR tərəfindən geniş tikinti-quruculuq işləri aparılıb. Ermənistanın Qarabağı işğal etməsindən sonra isə Xankəndidə lazımsız tikinti işləri həyata keçirilib, şəhərin baş planına uyğun olmayan tikililər inşa olunub. Onların hər hansı tikili ilə bağlı söz deməyə belə haqları yoxdur”.

Fikrət Sadıxov deyir ki, Azərbaycan öz ərazisində abadlıq işlərini bundan sonra da aparacaq. Ermənilər və onların havadarları anlamalıdır ki, Azərbaycan torpaqlarında separatçılığı və faşizmi təbliğ edən heçbir abidə olmayacaq:

“Onlar istəyirlər ki, qoyduqları dırnaqarası abidələr bizim torpaqlarda qalsın. Nijdeyə, terrorçulara heykəllər abidələr qoyublar. Hamısı tarixin zibilliyinə getməlidir. Dırnaqarası “parlament” binası Azərbaycan ərazilərinin işğal edilməsi, günahsız insanlara qarşı qətliam, soyqırımı planlarının hazırlandığı, qərarların qəbul olunduğu terrorçu yuvası kimi fəaliyyət göstərib. Erməni faşizminin, erməni işğalının simvoluna çevrilmiş bu qanunsuz tikililərlə yanaşı Qarabağda özündə separatçılığı əks etdirən, faşizmi təbliğ edən heç bir abidənin varlığına icazə verilməyəcək. Biz göz yuma bilmərik ki, torpaqlarımızda faşizm ideyalarını dəstəkləyən insanların abidələri qalsın. Çünki faşizm bir bəla idi. Bütün dünya bu bəla ilə mübarizə aparıb. Getsinlər İrəvanda nə qədər istəyirlər abidə qoysunlar . Azərbaycan torpaqlarında isə bu olmayacaq”.

Digər xəbərlər