Yasamal RİH: "Rəsulzadənin sözləri yazılan lövhə təmirlə əlaqədar sökülüb"

Nərmin Qocamanlı
Yasamal RİH: "Rəsulzadənin sözləri yazılan lövhə təmirlə əlaqədar sökülüb"

Səhiyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin binasının üzərində  Məhəmməd Əmin Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz” sözlərinin əks olunduğu lövhə götürülüb. 

"Operativ Media" xəbər verir ki, bununla bağlı ötən gün sosial şəbəkələrdə foto paylaşılıb. 

Mövzu ilə əlaqədar Yasamal Rayon İcra Hakimiyyətindən "Qafqazinfo"ya verilən məlumata görə, hazırda binada təmir işləri gedir: “Bina bütövlükdə təmir edilir. Təmir işləri bitdikdən sonra hər şey öz yerinə bərpa ediləcək, həmçinin həmin cümlə də”. 

 

Digər xəbərlər