21 Dekabr 2022, 10:22
MN: Raket və Artilleriya Qoşunları təlimlərə başlayıb
MN:  Raket və Artilleriya Qoşunları təlimlərə başlayıb şəkil
MN: Raket və Artilleriya Qoşunları təlimlərə başlayıb

Cari il üzrə döyüş hazırlığı planına uyğun olaraq Raket və Artilleriya Qoşunlarının bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir. Plana uyğun olaraq bölmələr daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılaraq ərazidə açılma, atəş mövqeyinin tutulması və texnikaların döyüş vəziyyətinə gətirilməsi üzrə normativləri yerinə yetiriblər.

"Operativ Media" xəbər verir ki, təlimin keçirilməsində əsas diqqət raket və artilleriya bölmələrində komandirlərin idarəetmə vərdişlərinin təkmilləşdirilməsinə, hərbi qulluqçuların bilik və bacarıqlarının artırılmasına, eləcə də döyüş əməliyyatları zamanı fəaliyyətlərin planlaşdırılması və digər qoşun növləri ilə qarşılıqlı əlaqənin inkişaf etdirilməsinə yönəldilib.

Real döyüş şəraitinə uyğun keçirilən təlimdə şərti düşmən hədəflərinin sərrast atəşlə məhv edilməsi üzrə qarşıya qoyulan tapşırıqlar uğurla yerinə yetirilib.

 

Son xəbərlər
Rayonlara yağış və qar yağacaq - XƏBƏRDARLIQ
Britaniya və İrlandiyada minlərlə hava reysi təxirə salınıb
BDYPİ sürücülərə müraciət edib
Təlim-metodiki toplanış keçirilib
Sabah yağış yağacaq - PROQNOZ
DİN: 41 min dollarlıq dələduzluq edən şəxslər saxlanılıb
Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı davam edir
Ötən il əmək müqavilələrinin sayı artıb