21 Dekabr 2022, 14:00
Kayseridə Azərbaycan və Gürcüstan müdafiə nazirləri görüşüb
Kayseridə Azərbaycan və Gürcüstan müdafiə nazirləri görüşüb şəkil
Kayseridə Azərbaycan və Gürcüstan müdafiə nazirləri görüşüb

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov dekabrın 21-də Türkiyədə Gürcüstanın müdafiə naziri cənab Cuanşer Burçuladze ilə görüşüb.

Müdafiə Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, ikitərəfli görüşdə ölkələrimizin ərazi bütövlüyünün qarşılıqlı şəkildə dəstəklənməsinin vacibliyi qeyd edilib, ikitərəfli hərbi əməkdaşlığın inkişafının bölgədə sabitliyin və təhlükəsizliyin təmin olunmasına töhfə verəcəyi bildirilib.

Tərəflər Azərbaycan və Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini xüsusi vurğulayıblar.

Görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın müxtəlif sahələri üzrə ətraflı fikir mübadiləsi aparılıb, regional təhlükəzislik və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Son xəbərlər
İranda yol qəzasında 5 nəfər ölüb
Putin: Biz dollardan imtina etməmişik
Pirallahıda ölümlə nəticələnən yol qəzası baş verib
Pakistanın Baş naziri Azərbaycanın müdafiə sənayesi naziri ilə görüşüb
Türkiyədə bina çöküb, dağıntılar altında qalanlar var - YENİLƏNİB - FOTO
Cənubi Koreya prezidentinin həbs müddəti ilə bağlı qərar verilib
İstanbul-Moskva təyyarəsi məcburi eniş edib
Çilidə güclü zəlzələ olub