"Kişilər quş, qadınlar kərtənkələ alır" - Heyvan bazarından REPORTAJ

Nərmin Qocamanlı
"Kişilər quş, qadınlar kərtənkələ alır" - Heyvan bazarından REPORTAJ

Azərbaycanda son illər ev heyvanlarına tələbat artıb. Bakıda zoo mağazaların sayının artması və bir çox marketlərdə bütün heyvanlar üçün qidalarının satışının təşkil olunması bunu deməyə əsas verir.

“Operativ Media” bu dəfə fərqli heyvan bazarını araşdırıb. İlan, siçan, buqələmun, iquana, kərtənkələ daha çox vəhşi təbiətə uyğun olsa da, ev heyvanı kimi saxlayanlar da az deyil.

Satıcılar deyir ki, buqələmun, iquana da satışda olan məşhur heyvanlar sırasındadır. Satıcı Anar Xıdırovun sözlərinə görə, bu heyvanlara həm tələbat yüksəkdir, həm də qiymətləri yuxarıdır:

“Uçan kus-kusların qiyməti 2 min manat civarında olur. Kərtənkələ növlərinin qiyməti isə 400 manatdan başlayır. Qiymətlər 2 min manata kimi qalxır. İquananın qiyməti 2 min manat civarındadır. Tutuquşu isə ümumi quşlar sinifinə daxil olan heyvanlardan ən çox tələbat olunandır. Əksər hallarda böyük ölçülərin danışma qabiliyyəti yaxşı olduğu üçün daha çox satırıq. Ən çox satılan məhəbbət quşlarıdır. Məhəbbət quşlarının qiyməti 15 manatdan başlayır. Jakolar böyük quşlar sayılır. Qiyməti 2500- 3000 manat arası dəyişir. Kakadular isə 5 min manatdır”.

Satıcı deyir ki, evində siçan alıb saxlayanlar da az deyil. Ev siçanlarının qiyməti 10, balıqlar 2, tısbağa isə 20 manatdan başlayır:

“5 min manat civarlarında heyvan satdığımız olub. Adətən, böyük quşlar bu qiymətə satılır. Hətta daha yüksək qimətlərdə olan quşlar var ki, onların qiymətləri 20 min- 30 min manat civarındadır. Amma biz onları gətirə bilmirik, çünki onlar qırmızı kitaba düşən heyvanlardır. Tələbat olur, sifarişlər olur, amma biz onu gətirə bilmirik. Bu heyvanlar Türkiyə, Rusiya, bir də Pakistan kimi ölkələrə daha çox məxsus olan heyvanlar olduğu üçün biz buradan sifarişlərimizi veririk. Amma çox nadir hallarda Rusiyadan gətizdirilir. Ölçüsündən asılı olmayaraq quşlara daha çox kişilər, kərtənkələ növlərinə isə qadınlar və uşaqlar maraq göstərirlər”.

Şəkil Qalereyası

"Kişilər quş, qadınlar kərtənkələ alır" - Heyvan bazarından REPORTAJ - Şəkil 1
"Kişilər quş, qadınlar kərtənkələ alır" - Heyvan bazarından REPORTAJ - Şəkil 2
"Kişilər quş, qadınlar kərtənkələ alır" - Heyvan bazarından REPORTAJ - Şəkil 3
"Kişilər quş, qadınlar kərtənkələ alır" - Heyvan bazarından REPORTAJ - Şəkil 4
"Kişilər quş, qadınlar kərtənkələ alır" - Heyvan bazarından REPORTAJ - Şəkil 5

Digər xəbərlər