Türkiyə və İran arasında ticarət mübadiləsi 1 milyard 364 milyon dollara çatıb

Nərmin Qocamanlı
Türkiyə və İran arasında ticarət mübadiləsi 1 milyard 364 milyon dollara çatıb

2024-cü ilin ilk üç ayında İran və Türkiyə arasında ticarət mübadiləsi 1 milyard 364 milyon dollara çatıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatının (TÜİK) hesabatında bildirilib.

TÜİK-in məlumatına görə, sözügedən dövrdə Türkiyənin İrana ixracatı keçən ilin eyni dövrü ilə müqayisədə 16 faiz artaraq 817 milyon dollara çatıb.

Qeyd edək ki, Türkiyə 2023-cü ilin ilk üç ayında İrana 701 milyon dollardan çox məhsul ixrac edib.

Türkiyənin İrandan idxalı 2023-cü ilin yanvar-mart aylarında 547 milyon dollardan 2024-cü ilin ilk üç ayında 934 milyon dollara enərək, 41 faiz azalıb.

Digər xəbərlər