Azərbaycan, Qazaxıstan və Özbəkistanın arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Nərmin Qocamanlı
Azərbaycan, Qazaxıstan və Özbəkistanın arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Azərbaycan, Özbəkistan və Qazaxıstan iqtisadiyyat və energetika nazirlərinin üçtərəfli görüşündə "Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu" imzalanıb.

"Operativ Media" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X"də bildirib.

O, qeyd edib ki, sənədin icrası yaşıl enerjinin istehsalı və Azərbaycan ərazisi vasitəsilə Avropaya ixracı, enerji sistemlərinin inteqrasiyası və bərpaolunan resurslardan səmərəli istifadənin təşkili istiqamətində birgə hədəflərin həyata keçirilməsinə təkan verəcək.

Digər xəbərlər