22 Dekabr 2022, 10:58
Bu gün Sarıqamış faciəsindən 108 il ötür
Bu gün Sarıqamış faciəsindən 108 il ötür şəkil
Bu gün Sarıqamış faciəsindən 108 il ötür

Bu gün Türkiyənin Qars vilayətinin Sarıqamış rayonunda Osmanlı ordusunun Rusiya işğalı altındakı torpaqları azad etmək üçün başlatdığı, qarşıdurma və soyuq hava səbəbindən çoxlu sayda əsgərin şəhid olduğu Sarıqamış əməliyyatının 108-ci ildönümüdür.

"Operativ Media" xəbər verir ki, Sarıqamış əməliyyatı Birinci Dünya Müharibəsi illərində 22 dekabr 1914-cü il - 4 yanvar 1915-ci il tarixlərində Rus İmperiyası ilə Osmanlı İmperiyası arasında Sarıqamış bölgəsində baş vermiş döyüşlərdir. Döyüş Osmanlı dövlətinin məğlubiyyəti ilə nəticələnmişdir.

22 dekabr 1914-cü ildə başlanan əməliyyat rusların işğal etdikləri Osmanlı torpaqlarını geri almaq və ruslara zərbə endirmək məqsədi ilə həyata keçirilib. Osmanlı ordusunun hərbi texnikası iqlim şəraitinə uyğun olmadığından 60 min Osmanlı əsgəri həyatını itirib.

Bu döyüşlərdə Osmanlı əsgərlərinin böyük əksəriyyəti döyüşərək deyil soyuq hava şəraitinə görə donaraq həlak olub.

 

 

Son xəbərlər
Aİ müşahidə üzvləri Qubadlı ilə sərhəddə Azərbaycan ərazilərini müşahidə etdilər
Vardanyanın məhkəməsinin növbəti iclası fevralın 17-nə təyin edilib
Müharibə gedişində öldürülən azərbaycanlıların sayı açıqlanıb
İşğal illərində Azərbaycan ekologiyasına 13,4 milyard manatdan artıq məbləğdə maddi ziyan vurulub
Ruben Vardanyana irəli sürülmüş konkret ittihamlar elan edilib
Ruben Vardanyanın təqsirləndirildiyi cinayət işinin məhkəmə baxışı davam etdirilib
Azərbaycan çempionatında final mərhələsinin ilk oyunları keçirildi
Moldova "Rus Evi"ni bağlayır