"Türk dövlətləri 1 dövlət olsaydı, alıcılıq qabiliyyəti nəzərə alınmaqla, dünyada 7-ci ən böyük ölkə olardı" - Vüqar Bayramov

Nərmin Qocamanlı
"Türk dövlətləri 1 dövlət olsaydı, alıcılıq qabiliyyəti nəzərə alınmaqla, dünyada 7-ci ən böyük ölkə olardı" - Vüqar Bayramov

"Türk dövlətlərinin 1,4 trilyon dollarlıq nominal ÜDM-si var. Amma biz buna real ÜDM kimi baxsaq, yəni alıcılıq qabiliyyəti indeksi ilə hesablasaq türk dövlətlərinin alıcılıq qabiliyyəti nəzərə alınmaqla ÜDM-nin həcmi təxminən 4,7 trilyon dollardır. Bu o deməkdir ki, əgər türk dövlətləri 1 dövlət olsaydı alıcılıq qabiliyyəti nəzərə alınmaqla ÜDM-in həcminə görə dünyada 7-ci ən böyük ölkə olardı".

"Operativ Media"nın xəbərinə görə, bunu bu gün Bakıda keçirilən “Türk Dövlətləri İqtisadi Forumu”nda deputat Vüqar Bayramov bildirib.

O, qeyd edib ki, bu real iqtisadiyyatın böyüklüyünü göstərən əsas faktorlatrdan biridir. Eyni zamanda digər potensial türk dövlətlərinin xarici ticarət dövriyyəsidir.

Vüqar Bayramov bildirib ki, türk dövlətlərinin 1,2 trilyon dollarlıq xarici ticarət dövriyyəsi var:

"Bu gün türk dövlətləri arasında xarici ticarət dövriyyəsinin həcmi təxminən 42 milyard dollardır. Bu türk dövlətlərinin ümumi ticarət dövriyyəsinin 3,5 faizini təşkil edir. Bu isə o deməkdir ki, türk dövlətlərinin xarici ticarət dövriyyəsinin 96,5 faizi digər ölkələrlədir. Bu həm də o deməkdir ki, türk dövlətlərinin xarici ticarət dövriyyəsində hər 100 dolların cəmi 3,5 dolları türk dövlələri ilə xarici ticarətdən formalaşır".
 

Digər xəbərlər