Naxçıvanda 2 tələbə göldə boğularaq ölüb - YENİLƏNİB

Nərmin Qocamanlı
Naxçıvanda 2 tələbə göldə boğularaq ölüb - YENİLƏNİB

 

Naxçıvan şəhəri ərazisində yerləşən bazar gölündə iki nəfər şəxsin -  2005-ci il təvəllüdlü Mehrəliyev Əli Şahin oğlu və 2006-cı il təvəllüdlü Zəkəriyayev Fəttah Eyvaz oğlunun suda boğularaq ölmələri faktı üzrə Naxçıvan şəhər prokurorluğunda araşdırma aparılır.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti "Operativ Media"ya bildirilib.

***

12:13

Naxçıvan şəhərində iki nəfər göldə boğularaq ölüb.

"Operativ Media" xəbər verir ki, hadisə dünən gecə saatlarında baş verib. 

Astara rayonu Pensər kənd sakinləri olan 2005-ci il təvəllüdlü Fəttah Zəkəriyəyev və 2006-cı il təvəllüdlü Əli Mehrəliyev gecə saatlarında Naxçıvan şəhərində yerləşən “Bazar gölü”nə düşüb və boğulublar. 

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları meyitləri sudan çıxarıblar. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. 

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hər iki gəncin Naxçıvanda təhsil aldıqları bildirilir. Onlar Naxçıvan Dövlət Universitetinin tələbələri olub.

Digər xəbərlər