ABŞ-da çovğun nəticəsində 28 nəfər ölüb-YENİLƏNİB

admin
ABŞ-da çovğun nəticəsində 28 nəfər ölüb-YENİLƏNİB

ABŞ-da qar fırtınası nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb.

"Operativ Media" xəbər verir ki, bu barədə NBC məlumat yayıb.

Qeyd edək ki, ABŞ-ın 11 ştatında ölüm halları qeydə alınıb.

***

09:06

ABŞ-da qar fırtınası nəticəsində ölənlərin sayı 23 nəfərə çatıb.

"Operativ Media" xəbər verir ki, bu barədə NBC məlumat yayıb.

Bildirilib ki, təbii fəlakət nəticəsində insan itkisi Viskonsin, Kanzas, Kentukki, Kolorado, Missuri, Miçiqan, Nebraska, Nyu-York, Ohayo, Oklahoma və Tennessi ştatlarında qeydə alınıb.

***

24.12.2022

20:49

ABŞ-da çovğun nəticəsində 15 nəfər ölüb.

"Operativ Media" xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Təbiət hadisəsi 15 nəfərin ölümünə səbəb olub.

Ohayo ştatında magistral yolda 50-yə yaxın avtomobil toqquşub.

Çovğun səbəbindən 1800 aviareys ləğv edilib.

Təxminən 1 milyon 700 min insan işıqsız qalıb.

Digər xəbərlər