Pərviz Şahbazov: "Azərbaycanın nəhəng layihələri ilə Xəzər artıq yaşıl enerji mərkəzi kimi də dünyanın diqqətindədir"

Nərmin Qocamanlı
Pərviz Şahbazov: "Azərbaycanın nəhəng layihələri ilə Xəzər artıq yaşıl enerji mərkəzi kimi də dünyanın diqqətindədir"

İlk Beynəlxalq Xəzər Neft-Qaz Sərgisindən ötən 30 il ərzində bu platforma Azərbaycanın enerji ölkəsi kimi inkişaf tarixinin parlaq salnaməsi oldu.

"Operativ Media" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X"də bildirib.

Nazir qeyd edib ki, Əsrin Müqaviləsinin 30 illiyinə təsadüf edən budəfəki Sərgidə 37 ölkədən 300-dək şirkətin iştirakı və 1000 MVt gücündə günəş-külək elektrik stansiyalarının təməlinin qoyulması göstərir ki, bu platforma şaxələndirilmiş enerji mənbələri və təchizatı üzrə əməkdaşlığın uğurlu modelinə çevrilir.

"Azərbaycanın təşəbbüs və nəhəng layihələri ilə Xəzər artıq yaşıl enerji mərkəzi kimi də dünyanın diqqətindədir", - o, qeyd edib.

Digər xəbərlər