Koreya Xalq Demokratik Respublikası (KXDR) 22 oktyabrda müdafiə potensialının inkişafı proqramı çərçivəsində iki yeni hipersəs aparatını uğurla sınaqdan keçirib.
Operativ Media xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb.
Bildirilib ki, Raket Mühəndisliyi Baş İdarəsinin keçirdiyi sınağı Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin katibi Pak Yonq Çon izləyib. Agentlik vurğulayıb ki, "yeni silahın sınağı" potensial düşmənə qarşı strateji çəkindirmə məqsədilə müdafiə qabiliyyətinin inkişafı planının bir hissəsidir. Yonq Çon KXDR-in fəaliyyətinin müharibəni çəkindirməyə yönəldiyini bildirib.
O, elmi-tədqiqat kollektivinin işinin nəticələrini yüksək qiymətləndirib.
"Pxenyan şəhərinin Ryokpho rayonundan şimal-şərq istiqamətində buraxılan iki hipersəs uçuş aparatı Hamqyonq-Pukto əyalətinin Oran qəzasındakı Kvesan zirvəsi yaxınlığındakı yaylada hədəfi vurub", - agentlik bildirir