Azərbaycanla "SAİPEM"şirkəti arasında əməkdaşlıq imkanları dəyərləndirilib

Nərmin Qocamanlı
Azərbaycanla "SAİPEM"şirkəti arasında əməkdaşlıq imkanları dəyərləndirilib

Energetika naziri Pərviz Şahbazov  “SAİPEM" şirkətinin baş icraçı direktor Alessandro Puliti ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə nazir "X" hesabında bildirib.

"Azərbaycanda neft-qaz yataqlarında dəniz obyektlərinin tam işlənilməsinə öz töhfəsini vermiş “SAİPEM"in bərpa olunan eneji mənbələrinə, xüsusən dənizdə külək enerjisinə marağı çərçivəsində yaşıl enerji dəhlizi üçün infrastrukturun qurulması üzrə əməkdaşlıq imkanlarını dəyərləndirdik", - nazir qeyd edib.

Digər xəbərlər