Dünya Bankı (DB) son hesabatında İran iqtisadiyyatının 2024-cü ildə 3,2 faiz artacağını və inflyasiyanın səviyyəsinin 35 faizə düşəcəyini proqnozlaşdırıb.
"Operativ Media" xəbər verir ki, beynəlxalq təşkilatın proqnozuna görə, 2023-cü ildə İran iqtisadiyyatı 5 faiz artım və 40,8 faiz inflyasiya yaşayıb.
Bankın təxminlərinə görə, İranda sənaye sektoru 2024-cü ildə 4,9 faiz artımla liderlik edəcək, onu 2,7 və 0,9 faiz artımla xidmətlər və kənd təsərrüfatı sektorları izləyəcək.
Bundan əlavə, Dünya Bankı İranın mal və xidmət ixracının 2024-cü ildə əvvəlki illə müqayisədə 7,1 faizi ötəcəyini proqnozlaşdırıb.
Eyni zamanda bank ölkəyə məhsul idxalının 2024-cü ildə əvvəlki illə müqayisədə 1,8 faiz artacağını gözləyir.
İranın cari balansında da müsbət artım müşahidə olunacaq və 2024-cü ildə ümumi daxili məhsulun (ÜDM) 2,7 faizinə çatacaq.