Azərbaycanda böyük məbləğdə zinət əşyaları nağdsız satılacaq.
"Operativ Media" xəbər verir ki, Milli Məclisin iclasında “Nağdsız hesablaşmalar haqqında” qanuna müvafiq düzəliş qəbul edilib.
Dəyəri 15 min manatdan artıq olan qiymətli daşlar, metallar və onlardan hazırlanan əşyalar yalnız nağdsız qaydada satılacaq.
Dəyişiklik gələn il 1 fevraldan qüvvəyə minəcək.