http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Baş Qərargah rəisinin azad edilmiş ərazilərdə səfəri davam edir

30 Dekabr 2022 , 17:40
Baş Qərargah rəisinin azad edilmiş ərazilərdə səfəri davam edir

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və nazirliyin digər rəhbər heyətinin azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrdə səfəri davam edir.

Müdafiə Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, Baş Qərargah rəisi bölmələrdə şəxsi heyətin döyüş hazırlığını yoxlayır və hərbi qulluqçuların xidməti məişət şəraiti ilə maraqlanır.

 

Döyüş növbətçiliyinə cəlb olunan heyətlə görüşən general-polkovnik K.Vəliyev ərazidəki mövcud vəziyyətlə də tanış olub. Məruzə edilib ki, hərbi qulluqçuların xidməti-döyüş fəaliyyətinin təşkili üçün bütün zəruri şərait yaradılıb.


Hərbi qulluqçularla görüş zamanı onların qayğıları ilə maraqlanan Baş Qərargah rəisi şəxsi heyəti bayramlar münasibətilə təbrik edib və qiymətli hədiyyələr verib.


Sonra Baş Qərargah rəisi idarə heyəti ilə görüşərək bölmələrin döyüş qabiliyyətinin daha da artırılması, xidmət zamanı şəxsi heyətin sayıqlığının gücləndirilməsi ilə bağlı müdafiə nazirinin müvafiq tapşırıqlarını çatdırıb.


Görüşdə 2023-cü il ərzində yerinə yetiriləcək tədbirlər barədə ətraflı müzakirələr aparılıb.

 

OXŞAR XƏBƏRLƏR
Bakının işğaldan azad edilməsindən 106 il ötür

Bakının işğaldan azad edilməsindən 106 il ötür

Bakıda daha bir küçəyə avtobus zolağı çəkilib - FOTO

Bakıda daha bir küçəyə avtobus zolağı çəkilib - FOTO

Ağdərədə yanğınsöndürmə avtomobili qəza edib, ölən var

Ağdərədə yanğınsöndürmə avtomobili qəza edib, ölən var

XƏBƏR LENTİ
  • 09:41

    Bakının işğaldan azad edilməsindən 106 il ötür
  • 09:13

    "Formula 1": Azərbaycan Qran-prisinin qalibi bu gün bəlli olacaq
  • 08:48

    Göygöldə yük maşını qəza törədib
  • Dünən
    23:54

    QHT sədrləri şəhid məlumatlarının silinməsinə etiraz ediblər
  • Dünən
    23:31

    Bakıda daha bir küçəyə avtobus zolağı çəkilib - FOTO
  • Dünən
    22:34

    Serbiyada məcburi hərbi xidmətin müddəti 75 gün olacaq
  • Dünən
    22:01

    Naxçıvanda “DƏSTƏK” Fondu tərəfindən 778 570 manat vəsait xərclənib
  • Dünən
    21:09

    Dövlət Su Ehtiyatları Agentliyi Formula 1 yarışları ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir
Menyu