Bakıda gəncin qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb - YENİLƏNİB - 1

admin
Bakıda gəncin qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb - YENİLƏNİB - 1

İyunun 26-da saat 21 radələrində paytaxtın Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 95 ünvanında 2000-ci il təvəllüdlü Tural Kosayevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə "Operativ Media"ya Nərimanov rayon prokurorluğundan məlumat verilib.

Araşdırma zamanı 2003-cü il təvəllüdlü İsmayıl Allahverdiyevin üzərində olan odlu silahdan atəş açaraq tanışı Tural Kosayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, İsmayıl Allahverdiyev iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam davam edir.

***

22:03

İyunun 26-da paytaxtın Nərimanov rayonunda 2000-ci il təvəllüdlü Kosayev Tural Kamil oğlunun odlu silahla qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən "Operativ Media"ya bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 2005-ci il təvəllüdlü Allahverdiyev İsmayıl İbrahim oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

Hadisə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.

***

21:43

Bakının mərkəzində gənc başından güllələnərək qətlə yetirilib.

DİN-in Mətbuat Xidmətindən "Operativ Media"ya bildirilib ki, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

Qeyd edilib ki, bir nəfəri odlu silahdan açılan atəşlə qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Əlavə məlumat veriləcək.

Digər xəbərlər