Yeni qanunlar taksi qıtlığı yaradacaq - EKSPERT

Nərmin Qocamanlı
Yeni qanunlar taksi qıtlığı yaradacaq - EKSPERT

İyulun 1-dən etibarən taksi fəaliyyəti ilə bağlı yeni qaydalar qüvvəyə minəcək. 

Bəs bu, qiymətlərə və taksilərin sayına necə təsir edəcək?

Mövzu ilə əlaqədar nəqliyyat eksperti Eldəniz Cəfərov "Operativ Media"ya açıqlamasında bildirib ki, bu tarixdən sonra Bakı şəhərində taksi tapmaq çox çətin olacaq:

"Çünki rəsmi məlumatlardan da məlum olur ki, taksi fəaliyyəti ilə məşğul olmaq istəyən və qeydiyyatdan keçən vətəndaşların sayı olduqca azdır. Eyni zamanda yeni tələblərə cavab verən nəqliyyat vasitələri də o qədər mövcud deyil".

Ekspert qeyd edib ki, taksilərin bu vəziyyəti ilə əlaqədar qiymətlər də xeyli yüksələcək:

"Ümumiyyətlə, taksi qiymətləri ötən ilə nisbətən təxminən 100 faizdən çox yüksəlib. 2023-cü ilin iyul ayına qədər Azərbaycanda taksinin tövsiyə olunan qiyməti 1 manat 50 qəpikdən başlayırdı və kilometrdən asılı olaraq 30-40 qəpik endirimlər təklif olunurdu. Hazırda isə qiymətlər 3.50 qəpikdən aşağı deyil. İyulun 1-dən sonra isə bu qiymətlərin yenidən yüksəlməsi ehtimaldır. Çünki taksi qıtlığı olacaq. Bu zaman vətəndaşlar da fərdi nəqliyyat vasitələrinə ehtiyac duyacaqlar. Düşünürəm ki, bu da vətəndaşların yollarda qalmaq yerinə köhnə və ya işlənmiş nəqliyyat vasitələri almalarına gətirib çıxaracaq".

Sevinc İbrahimzadə

Digər xəbərlər