http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Zakir Həsənov səfərbərlik təminat bazasının döyüş hazırlığını yoxlayıb

04 Yanvar 2023 , 10:03
Zakir Həsənov səfərbərlik təminat bazasının döyüş hazırlığını yoxlayıb

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Quru Qoşunlarının səfərbərlik təminat bazasında olub.

Müdafiə Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, əvvəlcə nazirliyin rəhbərliyi təminat bazasının ərazisində ucaldılan Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub, xatirəsini dərin ehtiramla yad edib.

Müdafiə naziri bazanın silahlanmasında olan artilleriya vasitələrinə, döyüş və avtomobil texnikasına baxış keçirib, onların texniki vəziyyəti ilə maraqlanıb və heyətlərinin hazırlıq səviyyəsini yoxlayıb.

Silahlanmada olan silah və döyüş texnikasına təhlükəsizlik qaydalarına əməl edilməklə vaxtında texniki xidmətin göstərilməsi ilə bağlı müvafiq göstərişlər verilib.

Şəxsi heyətin döyüş hazırlığını yüksək qiymətləndirən general-polkovnik Z.Həsənov yeni tədris dövründə ehtiyatda olan hərbi vəzifəlilər ilə müxtəlif ixtisaslar üzrə keçirilən toplanışların, çöl çıxışlarının və döyüş hazırlığı məşğələlərinin səmərəliliyinin artırılması ilə bağlı aidiyyəti üzrə vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub.

OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Malta Respublikasının Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib

Prezident İlham Əliyev Malta Respublikasının Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib

Azad olunmuş ərazilərdə xeyli silah-sursat aşkarlanıb

Azad olunmuş ərazilərdə xeyli silah-sursat aşkarlanıb

Bəzi yerlərdə yağış yağıb - FAKTİKİ HAVA

Bəzi yerlərdə yağış yağıb - FAKTİKİ HAVA

XƏBƏR LENTİ
  • 11:32

    Azərbaycan XİN Maltanı təbrik edib
  • 11:25

    ÇL: Həftənin oyunçusu məlum oldu
  • 11:15

    Prezident İlham Əliyev Malta Respublikasının Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib
  • 11:08

    Şəmkirdə qanunsuz tikili sökülüb
  • 10:41

    Son sutkada Qəzzada 44 nəfər həlak olub
  • 10:36

    Azad olunmuş ərazilərdə xeyli silah-sursat aşkarlanıb
  • 10:05

    Azərbaycan nefti ucuzlaşıb
  • 09:45

    Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb
Menyu