06 Yanvar 2023, 18:17
MN: Erməni mətbuatının yaydığı məlumatlar yalandır
MN: Erməni mətbuatının  yaydığı məlumatlar yalandır şəkil
MN: Erməni mətbuatının yaydığı məlumatlar yalandır

"Qarşı tərəfin yaydığı məlumat yalandır və dezinformasiya xarakteri daşıyır. Uydurma və reallığı əks etdirməyən rəqəmlərin əks olunduğu bu cür məlumatlar ictimaiyyəti çaşdırmaq məqsədi güdür".

Bu barədə "Operativ Media"ya Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, erməni mətbuatının guya Azərbaycan Ordusunun 2022-ci ildəki itkiləri ilə bağlı yaydığı məlumatlar yalandır.

"Qeyd edək ki, ordumuzun itkiləri barədə ölkə mətbuatında mütəmadi olaraq rəsmi məlumatlar verilmişdir. Ermənistan mətbuatı ehtiyata buraxıldıqdan sonra müxtəlif səbəblərdən dünyasını dəyişmiş vətəndaşlar barədə məlumatları belə ordumuzun döyüş itkiləri kimi qələmə verməyə çalışır. Odur ki, vətəndaşlarımızı, media nümayəndələrini, həmçinin sosial şəbəkə istifadəçilərini bu cür həqiqətə uyğun olmayan məlumatları tirajlamamağa çağırırıq", - nazirlikdən vurğulanıb.

Son xəbərlər
ABŞ və Yaponiya birgə təlimlər keçirəcək
Paşinyan Almaniyaya səfər edib
Soçi hava limanı uçuşları dayandırıb
Robert Kennedi ABŞ-nin Səhiyyə və Sosial Xidmətlərinin yeni katibi seçilib
Ərdoğan: İslam dünyası Trampın planlarına icazə verməyəcək
İsrail Ordusu Qəzzaya zərbələr endirib
Çin, Cənubi Koreya və Yaponiyanın xarici işlər nazirlərinin görüşü planlaşdırılır
Vardanyan Azərbaycan diplomatlarına qarşı terror aktları planlaşdırmaqda ittiham edilir