"İki qardaş ölkə olaraq bu layihə bizə çox şey qazandıracaq" - “Metro İstanbul”un rəhbəri

Nərmin Qocamanlı
"İki qardaş ölkə olaraq bu layihə bizə çox şey qazandıracaq" - “Metro İstanbul”un rəhbəri

“Çox gözəl, həyəcanlı bir gündür. “Bakı Metropoliteni” QSC və “ Metro İstanbul” uzun zamandır bir çox məsələdə işbirliyi edir. Qatarların baxımına görə, uzun zamandır birlikdə işləyirik. Bu gün imzaladığımız anlaşma memorondumu ilə yeni mərhələyə start verdik". 

"Operativ Media" xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamaslnda “Metro İstanbul”un rəhbəri Özgür Soy deyib.

"Önümüzdəki ilin əvvəlində bu layihəyə başlayacayıq. Bu layihəni iki qardaş ölkə olaraq platforma halına gətirmək istəyirik. Bu layihə ortaq işbirliyimizi fərqli səviyyəyə çıxaracaq. Bununla da layihələrimizi dünyaya tanıdacağıq. İki qardaş ölkə olaraq bu layihə bizə çox şey qazandıracaq".

Qeyd edək ki, 2025-ci ildə Bakıda dünya metropolitenlərinin konfransı təşkil ediləcək. Avqustun 16-da ilk beynəlxalq konfransın təşkilati məsələlərinin həlli ilə bağlı “Bakı Metropoliteni” QSC və “Metro İstanbul” arasında anlaşma memorandumu imzalanıb.

Digər xəbərlər