Xəzəryanı ölkələrin KİV-lərinin qarşısında saxta məlumatlarla mübarizə, o cümlədən diqqəti makroregionun ekoloji gündəliyinə cəlb etmək sahəsində ən mühüm vəzifələr durur.
"Operativ Media" xəbər verir ki, bunu Həştərxanda keçirilən Xəzər Media Forumunda Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədov bildirib.
“Hazırda Azərbaycanda noyabrda keçiriləcək COP29 (iqlim) konfransı hazırlanır, biz yaşıl enerjiyə böyük diqqət yetiririk, bu baxımdan bütün medianın əməkdaşlığı çox vacibdir, çünki bu, qlobal mövzudur, hamı buna diqqət yetirməlidir”, - deyə Məmmədov qeyd edib.
Qeyd edək ki, Avqustun 16-17-də Həştərxanda lX Xəzər Media Forumu keçirilir.
Tədbirdə Rusiya, Azərbaycan, İran, Qazaxıstan, Türkmənistan, həmçinin Qaqauziya (Moldova) və Özbəkistandan jurnalistlər, dövlət orqanlarının və ictimai təşkilatların nümayəndələri iştirak edirlər.






