“Real”ın futbolçusu Arda Güler açıqlama verib.
Operativ Media xəbər verir ki, türkiyəli yarımmüdafiəçi komandadakı durumundan danışıb:
“Özümü çox yaxşı, komandanın vacib hissəsi kimi hiss edirəm. Baş məşqçimiz Xabi Alonsoya təşəkkür edirəm ki, mənə güvənir. O, məndən oyunun tempinə nəzarət etməyimi istəyir. Sərbəst oynayıram və buna görə həm qol vurur, həm assist edirəm. Bəzən “10 nömrə”, bəzən də “8 nömrə” kimi oynamağımı tələb edir”.
Arda bu mövsüm 18 oyunda 4 qol vurub, 7 məhsuldar ötürmə edib.






