Yunanıstan klubu ispaniyalı baş məşqçini gətirir

Operativ Media
Yunanıstan klubu ispaniyalı baş məşqçini gətirir

"Liverpul"un, "Çelsi"nin və "Real Madrid"in sabiq baş məşqçisi Rafael Benites karyerasını Yunanıstanda davam etdirməyə yaxındır. 

Operativ Media  xəbər verir ki, informasiyanı "Daily Mail" yayıb.

Xəbərə görə, ispaniyalı mütəxəssis "Panatinaikos"u çalışdırmağa əsas namizəddir. Mənbə Benitesin sözügedən klubla böyük ölçüdə anlaşdığını vurğulayıb. 65 yaşlı çalışdırıcı yaxın günlərdə Afinaya yollanaraq müqavilə imzalayacaq.

Xatırladaq ki, Benitesin son iş yeri ötən ilin martında tərk etdiyi "Selta" olub.

Digər xəbərlər