Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 2024-cü ilin iyul və avqust ayları ərzində Bakı şəhəri üzrə suda boğulma hadisəsi ilə bağlı 38 nəfərin müraciəti qeydə alınıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) "Operativ Media"nın sorğusuna cavab olaraq bildirilib ki, onlardan 16 nəfər xəstəxanaya təxliyə olunub. 6 nəfərə yerində yardım göstərilib. 15 nəfərin isə həkiməqədər ölüm faktı, 1 nəfərin isə yardımdan imtinası qeydə alınıb.
Suda boğulanlardan 32-si kişi, 6-sı qadın olub.
Gülcahan Məmmədova






