Almaniyada Covid-19 tədbirləri çərçivəsində fevralın əvvəlində şəhərlərarası qatar və avtobus xidmətlərində maska taxmaq öhdəliyi aradan qaldırılacaq.
"Operativ Media" xəbər verir ki, Almaniyanın səhiyyə naziri Karl Lauterbax Berlində verdiyi açıqlamada fevralın 2-dən etibarən ölkədə uzun məsafəli ictimai nəqliyyatda sərnişinlərin artıq maska taxılmasına ehtiyac qalmayacağını bildirib.






