“Qarabağ” — “Çelsi” görüşünün biletləri satışa çıxarılır

Əziz Əzizli
“Qarabağ” — “Çelsi” görüşünün biletləri satışa çıxarılır

UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” — “Çelsi” (İngiltərə) oyununun biletləri 29 oktyabr saat 15:00-dan etibarən satışa çıxarılacaq.

Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Standart biletlərin qiymətləri: 10, 15, 25, 35, 40, 50, 75 AZN.

VIP sektorlar: 200, 250, 300 və 400 AZN.

VVIP sektorlar: 1000 AZN.

Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və rəsmi saytı vasitəsilə əldə edilə bilər. Onlayn bilet alışı ilə bağlı çətinlik yaranarsa, azarkeşlər iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilərlər.

Digər xəbərlər