Menyu

Almaniya: Polşanın Ukraynaya icazəsiz tank verməsi qeyri-qanuni olar

Operativ Media
Almaniya: Polşanın Ukraynaya icazəsiz tank verməsi qeyri-qanuni olar

Polşa prezidenti Anjey Duda yanvarın 11-də ölkəsinin Ukrayna ilə sərhədində yerləşən Rzeşov şəhərində olarkən bunları deyib: “Beynəlxalq koalisiyanın bir hissəsi olaraq biz Ukraynaya “Leopard” tanklarından ibarət eskadrilya çatdırmağa hazırıq". 

"Operativ Media" xəbər verir ki, Polşanın Ukraynaya birtərəfli qaydada “Leopard” tankı göndərəcəyi təqdirdə nə baş verəcəyini soruşduqda Almaniya hökumət sözçünün müavini Kristian Hofman "Bu, qanunsuz olar. Federal hökumətin icazəsi lazımdır. Qaydalar belədir"-deyib.

Qeyd edək ki, Almaniyadan silah alan ölkələrin bu silahları üçüncü ölkəyə ixrac etməsi üçün Berlin hökumətinin razılığı tələb olunur.

 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər