Yanvarın 14-də Rusiya ordusunun Ukraynanın Dnepr şəhərinə həyata keçirdiyi raket hücumu nəticəsində həlak olan mülki vətəndaşların sayı 36-ya, yaralananların sayı isə 75-ə yüksəlib.
"Operativ Media" xəbər verir ki, Ukrayna Milli Polisinin Teleqram hesabından verilən yazılı açıqlamada yanvarın 14-də Rusiya raketinin Dnepr şəhərində 9 mərtəbəli evi vurmasından sonra dağıntılar sahəsində başlayan axtarış-xilasetmə işləri ilə bağlı məlumat verilib.
Hücumda 2-si uşaq olmaqla 36 mülki vətəndaşın həyatını itirdiyi bildirilən açıqlamada, yaralıların sayının 15-i uşaq olmaqla 75-ə yüksəldiyi qeyd edilib.
Qeyd edək ki, dağıntılar altındakı axtarış-xilasetmə işləri 3 gündür davam edir.






