Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi son dörd ildə həyata keçirilən reinteqrasiya tədbirləri nəticəsində 632 uşağın müəssisələrdən ailələrinə qayıdışına nail olub.
Nazirlikdən "Operativ Media"ya verilən məlumata görə, onlardan 274-ü qız, 358-i oğlandır. Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması üçün də həssas qruplara aid uşaqlar və ailələri ilə bağlı sosial-psixoloji dəstək və maarifləndirmə işləri də aparılır.
Qeyd olunan dövrdə 500-dən çox uşağın ailələri tərəfindən müəssisələrə verilməsinin qarşısı alınıb, həmin uşaqların öz ailələrində saxlanması təmin olunub.