Türkiyə Super Liqası çərçivəsində "Qalatasaray" "Antalyaspor"u 2-1 hesabı ilə məğlub etdi.
"Operativ Media" xəbər verir ki, "Sarı-qırmızılar"ın baş məşqçisi Okan Buruk "Qalatasaray" tarixində 1959-cu ildən bəri ardıcıl 12 rəsmi matç qazanan ilk baş məşqçi oldu.
Qeyd edək ki, 12 matçdan 9-u Super Liqada oynanılıb.